BMT QAK iş başındadır və çatdırır / UNHCR Stays and Delivers
UNHCR Azerbaijan
Description
Koronavirus səbəbindən bütün dünya evlərdə təhlükəsizləyə çəkildiyi vaxtda, BMT QAK humanitar zərurət şəraitlərində qaçqınları və zorla didərgin salınmışları himayə edir. Koronavirus pandemiyası planetdə hər kəsi təhlükəyə məruz qoyub – bu təhlükə qaçqınlardan, eləcə də münaqişə, yaxud təqib üzündən didərgin düşmüş digər insanlardan da yan keçmir. BMT QAK qaçqın və digər didərgin insanları himayə etmək üçün səhiyyə, su təchizatı, sanitariya və gigiyena xidmətlərini gücləndirməli olub. Təşkilat didərgin düşmüş insanların hazırlıq və əks tədbirlər planlarına daxil edildiyinə əmin olmaq üçün koronavirusla bağlı cavab tədbirləri həyata keçirən hökumətlərlə birgə işləyir. Qaçqınlar və digər didərgin insanlar cəmiyyətin ən çox təcrid olunan və həssas üzvləridir. Onlar koronavirus xəstəliyinin yayılması zamanı daha çox riskə məruz qalırılar. Çünki, su, sanitariya vasitələri və səhiyyə xidmətlərinə çıxışları ilə bağlı bir çox məhdudiyyətlərlə qarşılaşmalı olurlar. Dünyadakı qaçqınların 80 faizdən çoxu, məcburi köçkünlərin isə demək olar ki hamısı aşağı və orta gəlirli ölkələrdədir. Onlar tez-tez koronavirusla bağlı hazırlıq və cavab tədbirləri zamanı nəzərə alınması vacib olan spesifik çətinliklər və həssaslıqla üzləşirlər. Ən həssas durumda olanı qorumaq elə hər kəsi qorumuş olmaq deməkdir. While the world stays safe at home due to COVID-19, UNHCR is on the front lines of humanitarian emergencies protecting refugees and the forcibly displaced. The coronavirus pandemic endangers everyone on the planet – including refugees and other people displaced by conflict or persecution. UNHCR is stepping up health, water, sanitation and hygiene services to protect refugees and displaced people. We are working with governments, which lead the coronavirus response, to ensure that people forced to flee are included in preparation and response plans. Refugees and other displaced people belong to the most marginalized and vulnerable members of society. They are particularly at risk during this coronavirus disease outbreak because they often have limited access to water, sanitation systems and health facilities. Over 80 per cent of the world’s refugees and nearly all the world’s internally displaced people are hosted in low- and middle-income countries. They frequently face specific challenges and vulnerabilities that must be taken into consideration in COVID-19 readiness and response operations. Keeping the most vulnerable safe means keeping everyone safe.
Metadata
Published to Youtube on: 18/06/2020
Archived on: 17/02/2025
Original URL (may no longer be available): https://youtube.com/watch?v=_d49qSu3aGg