Video appeal by the UNHCR Country Representative in Azerbaijan:
UNHCR Azerbaijan
Description
BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi Guido Ambrosonun video müraciəti: “Bayramlar və Yeni İlin gəlişi münasibətilə xaricdən olan qaçqın və sığınacaq axtaranları, ölkədəki köçkünləri, eləcə də münaqişədən zərər görmüş insanları Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı adından təbrik etmək istəyirəm. Yeni ildə hamınıza sevinc, sülh və firavanlıq arzu edirəm! BMT QAK və Azərbaycan Hökuməti sizin problemlərinizin həlli üçün səylərini davam etdirir, xüsusən də, qaçqın və sığınacaq axtaran şəxslərin Azərbaycan cəmiyyətinə uğurlu inteqrasiyasına və onilliklər boyu köçkünlük həyatı yaşamış Azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtması üçün işlər görür. Keçən ay biz burada 2020-ci ildə baş vermiş münaqişənin başa çatmasından sonra atəşkəsin bir illiyini qeyd etdik. Təəssüf ki, ölümcül Covid pandemiyası ilə münaqişə hələ də bitməyib. Odur ki, mən sizin hamınızı peyvənd olunmaq üçün Azərbaycan hökuməti tərəfindən yaradılan bütün imkanlardan istifadəyə və hökumətin həyata keçirdiyi ictimai sağlamlıq tədbirlərinə əməl etməyə dəvət edirəm. Şəxsən mən artıq üç doza peyvənd almışam. Peyvənd bu ölümcül pandemiyaya qalib gəlməyin yeganə yoludur. Bir daha BMT QAK-ın Azərbaycan heyəti adından hamınızın Yeni ilini və bayramlarınızı təbrik edirəm.” Video appeal by the UNHCR Country Representative in Azerbaijan: “Dear refugees and asylum seekers from foreign countries in Azerbaijan, dear conflict affected and displaced Azerbaijani people, on behalf of the United Nations High Commissioner for refugees I want to wish you Happy New Year and Happy Festive Season. May the new year bring joy, peace, and prosperity to all of you! UNHCR and the government of Azerbaijan are standing by your side to assist you in finding solutions to your problems, particularly through integration and inclusion in Azerbaijani society for refugees and asylum seekers from foreign countries and through return to your ancestral lands in safety and dignity for Azerbaijani people who experienced decades of displacement. Last month we celebrated here one year anniversary of the ceasefire after the end of the conflict that took place in 2020. Unfortunately, the conflict with the deadly Covid pandemic is not yet over. So, I am appealing to all of you to make use of every possible opportunity put at your disposal by the government of Azerbaijan to get vaccinated and to follow the public health measures put in place by the government. Personally, I have already got three doses of vaccination. Vaccination is the only way to beat this deadly pandemic. Once again on behalf of the whole UNHCR Azerbaijan team Happy New year and Happy Holidays to all of you.” #Strongertogether #vaccination #covid19
Metadata
Published to Youtube on: 31/12/2021
Archived on: 17/02/2025
Original URL (may no longer be available): https://youtube.com/watch?v=PTEHgxvd0b0