Mini football event covered by CBC Sports
UNHCR Azerbaijan
Description
11 iyun 2024-cü il tarixdə, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi, AFFA ilə əməkdaşlıq çərçivəsində, Bakıda yerləşən Sportster Stadionunda inklüziv mini-futbol turniri təşkil edib. Altı komanda, o cümlədən iki qadın komandasının iştirak etdiyi turnir qaçqın icmalarını, BMT QAK-ı, qurumun icraçı tərəfdaşlarını və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini bir araya gətirib. Ümumdünya Qaçqınlar Gününün qeyd olunması ilə əlaqədar keçirilən bu turnir, idmanın qaçqın və məcburi köçkünlərin inteqrasiyası üçün səmərəli vasitə olduğunu vurğulamış, eyni zamanda iqlim dəyişikliyi mövzusuna toxunmaqla COP29 hazırlıqlarına dəstək nümayiş etdirib. Tədbiri işıqlandırdığı üçün CBC Sport televiziya kanalına təşəkkürümüzü bildiririk.
Metadata
Published to Youtube on: 18/10/2024
Archived on: 17/02/2025
Original URL (may no longer be available): https://youtube.com/watch?v=GZH_8ZL3WB0