Statement by UNHCR Representative on the occasion of New Year
UNHCR Azerbaijan
Description
Yeni İl münasibəti ilə BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi cənab Guido Ambrosonun müraciəti ... Fürsətdən istifadə edərək bildirmək istərdim ki, mənim BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi kimi fəaliyyətim başa çatır və 1 fevral 2023-cü il tarixdən etibarən məni yeni Nümayəndə əvəz edəcək. O sizin himayənizi və Azərbaycan cəmiyyətinə daxil olmanızı dəstəkləmək üçün yerli hökumətlə aparılan işi davam etdirəcək. Mənim Nümayəndə olduğum müddət ərzində biz Azərbaycan hökumətinin səxavəti, xüsusən də əmək bazarına qanuni çıxış və Azərbaycanın səhiyyə sisteminə daxil olma istiqamətindəki dəstəyi sayəsində müəyyən irəliləyişlərə nail olduq. Əmək bazarına qanuni çıxış və ali təhsilə dəstək nəhayət ki, bir qrup insanın layiqli işlə təmin olunmasına şərait yaradıb. Buna, həmçinin, sosial korporativ məsuliyyət şərçivəsində bəzi Azərbaycan şirkətlərinin əməkdaşlığı sayəsində nail olunub. Biz həmçinin, ümid edirik ki, daha çox irəliləyiş əldə olunacaq və siz Miqrasiya Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi ilə etibarlı hüquqi status əldə edəcəksiniz. Ümid edirik ki, Azərbaycan tezliklə sığınacaq axtaran şəxslər üçün himayə məkanını daha da genişləndirmək məqsədi ilə müvafiq qanunvericilik bazasını daha əhatəli və çevik hala salacaq. Mənim xoş arzularım, həmçinin Ukraynada davam edən müharibədən zərər çəkən və ya didərgin düşən insanlaradır. Tam səmimiyyətlə ümid edirəm ki, beynəlxalq norma və standardlara əsaslanan ədalətli və davamlı sülh tezliklə bərqərar olacaq. Ədalətli və davamlı sülhə dair arzularım, həmçinin bu gözəl bölgəyə, Cənubi Qafqaza da aiddir. Mən doxsanıncı illərdə buraya ilk dəfə gəldiyim zaman dəmiryolu üzərindəki yük vaqonları, yeraltı qazmalar, çadır düşərgələri və baxımsız ictimai binalar kimi standartlara uyğun olmayan şəraitdə yaşayan yüz minlərlə Azərbaycanlı məcburi köçkünün çətinlik və məşəqqətlərinin şahidi oldum. Azərbaycana hazırki yeni təyinatla qayıtdıqdan sonra, əziz məcburi köçkünlər, sizin vəziyyətinizin xeyli yaxşılaşdığını görməkdən məmnun oldum. Eyni zamanda, otuz illik köçkünlükdən sonra, nəhayət, öz ata-baba yurdlarınıza təhlükəsizlik, ləyaqətlə və könüllülük prinsipləri əsasında qayıtmaq hüququnuzdan istifadə edərək, problemin davamlı həll yollarını tapmaq imkanınızın yarandığına çox sevinirəm. BMT QAK çətin zamanlarda burada olmuş, və bundan sonra da Hökumətlə birgə işləyərək heç kimin diqqətdən kənarda qalmadığına əmin olmaq üçün burada olmağa davam edəcək. Hamınıza ürəkdən ən xoş arzularımı çatdırır, bayramınızı təbrik edir, “Yeni iliniz mübarək!” deyirəm. Sağ olun. Statement by the UNHCR Country Representative in Azerbaijan on the occasion of New Year. ... I take this opportunity to inform you that as of 1 February 2023 I will no longer be the UNHCR Representative in Azerbaijan, and I will be replaced by a new representative who will continue working with the government to support your protection and inclusion into Azerbaijani society. During this period, we have achieved some progress, thanks also to the generosity of the Azerbaijani government, in particular, legal access to the labor market and inclusion in the Azerbaijani health system. Legal access to the labor market and support to higher education has finally enabled some of you to get decent jobs. Also, thanks to the commitment of some Azerbaijani companies with a social corporate responsibility. We also hope that further progress will be made and that you will get a secure legal status through an amendment of the Migration Code, and that Azerbaijan will soon adopt a more comprehensive and flexible legislative framework to increase the protection space for new asylum seekers. My best wishes also for all those who are affected or displaced by the ongoing war in Ukraine. I sincerely hope that a just and lasting peace based on international norms and standards will soon prevail. My best wishes for a just and lasting peace also for this beautiful region, the South Caucasus. When I first arrived here in the 1990s, I witnessed a lot of suffering and hardship among the hundreds of thousands of Azerbaijan, internally displaced persons who were living in substandard conditions such as train wagons, dugouts, tended camps or derelict public buildings. After I returned here, I was very happy to see that your situation, dear IDPs, has improved a lot, and after thirty years of displacement you finally have a chance to find a durable solution by exercising your right to return to your ancestral lands in safety, dignity and on a voluntary basis. UNHCR was here during the difficult times, and it will still be here to work with the Government to make sure that no one is left behind. My best wishes, season’s greetings, happy holidays, and Happy New Year to all of you from the bottom of my heart. Thank you.
Metadata
Published to Youtube on: 29/12/2022
Archived on: 17/02/2025
Original URL (may no longer be available): https://youtube.com/watch?v=EY9J7rMOFJc